AZ

Suriya ilə Kreml arasında gizli danışıq: Moskva Əsədi ekstradisiya edəcək?

Rusiyanın Suriyadan yavaş-yavaş çəkildiyi iddialarına cavab olaraq “The Economist” Moskva ilə “Heyət Təhrir əş-Şam" (HTŞ) arasında danışıqların artıq başladığını açıqlayıb. Suriyanın yeni liderlərinin çətin qərarlar qarşısında qaldığını iddia edən qəzet, Moskvanın Tartus limanına və Hmeymim hava bazasına çıxışı davam etdirməsi müqabilində Suriyaya humanitar dəstək vəd etdiyini yazıb.

Publika.az xəbər verir ki, nəşr Suriyanın yeni liderləri ilə Kreml arasında gizli danışıqların baş tutduğunu qeyd edib.

HTŞ mənbəsi iddia edib ki, yeni administrasiya Rusiyaya bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Çox güman ki, Tartus limanının icarəsi davam edəcək. HTŞ həmçinin Əsədin ekstradisiyasının çətin olduğunu etiraf edib. Qəzetə danışan mənbə “Qırmızı xətlər yoxdur” deyərək danışıqların ideologiyaya deyil, maraqlara əsaslandığını vurğulayıb.

Rusiya Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edib, lakin yeni administrasiya bunun kifayət etməyəcəyini deyir. Çünki onlar Rusiya ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəyirlər.

Seçilən
54
3
publika.az

4Mənbələr