AZ

“PET cihazı yalnız Onkologiya Mərkəzində mövcuddur”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınması ilə bağlı məsələyə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Z.Əliyev bildirib ki, PET cihazı yalnız Onkologiya Mərkəzində mövcuddur: “Bu əhalinin tələbatını ödəmir, növbələr yaranır. Həmin cihazın ölkədə artırılması arzuolunandır. Bununla bağlı növbəti ildə ictimaiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, ötən ay Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif etmişdi. Millət vəkili qeyd etmişdi ki, son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır.

Gülnar Əliyeva

Seçilən
17
qafqazinfo.az

1Mənbələr