Rusiyanın BMT-dəki Birinci Daimi Nümayəndəsi Dmitri Polyanski deyib: "Bizim tələb etdiyimiz Qərb silahlarının Ukraynaya tədarükü ilə bağlı görüş bu cümə günü, dekabrın 20-də keçiriləcək".
Bazar ertəsi BMT Təhlükəsizlik Şurası Qərbin tələb etdiyi Ukraynadakı vəziyyətlə bağlı iclas keçirir.
Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib ki, Moskva Rusiya daxilində zərbələr üçün Qərbin uzaqmənzilli silahlarından istifadənin Rusiya tərəfindən NATO-nun münaqişədə birbaşa iştirakı kimi şərh ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31