AZ

Agentlik sədri: Hazırda tibbi xidmətlərin xərclərini dəqiq müəyyən etməyə çalışırıq

Hazırda tibbi xidmətlərin xərclərini dəqiq müəyyənləşdirməyə, xərc yaradan amilləri təhlil etməyə çalışırıq.

FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 10 müəssisə üzrə analizlər aparılıb və ilkin metodologiya artıq hazırlanıb.

Zaur Əliyev qeyd edib ki, hazırda optimallaşdırma təkliflərinin hazırlanması üzərində işlər aparılır: "Gələcəkdə bu prosesi avtomatlaşdırmaq və daha çox tibbi müəssisəsini əhatə etmək planlaşdırılır" (Report).

Seçilən
24
fed.az

1Mənbələr