Yanvarın 1-dən Milanda açıq havada, ictimai yerlərdə, o cümlədən küçələrdə siqaret çəkməyə yeni qadağa qüvvəyə minir. Bu, ictimai sağlamlığı yaxşılaşdırmaq və CO2 emissiyalarını azaltmaq məqsədi daşıyan planının bir hissəsidir. Siqaret çəkənlər açıq havada siqaret çəkmək üçün başqalarından minimum 10 metr məsafə saxlamalıdırlar.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər tərəfindən təsdiqlənən plan 2050-ci ilə qədər CO2 emissiyalarını 50% azaltmağı hədəfləyir. Müvafiq plan ictimai nəqliyyatın yaxşılaşdırılması və sağlam həyat tərzinin təşviqi tədbirlərini əhatə edir. Siqaret çəkmə qadağası 2021-ci ildə avtobus dayanacaqlarında, parklarda və idman obyektlərində siqaret çəkməyə qoyulan məhdudiyyətdən sonra ikinci addımdır.
Yeni qadağanı pozanlar 40-240 avro arasında cərimələnəcəklər. Yerli hakimiyyət orqanları siqaretin zərərləri barədə məlumatlılığı artırmaq və şəhərdə ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün nəzarəti gücləndirir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta