Küçədə siqaret çəkməyə bu şərtlə icazə verildi
İtaliyanın Milan şəhərində siqaret çəkmək qadağan olunacaq.
Qlobal.net xəbər verir ki, qərar 2025-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Qərara əsasən, gələn il yanvarın 1-dən etibarən İtaliyanın Milan şəhərində küçələrdə siqaret çəkmək qadağan ediləcək .
Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib. Qadağaya əməl etməyənlərə 40-240 avro arası cərimələr tətbiq ediləcəyi açıqlanıb.