AZ

Azərbaycan gömrük orqanları vasitəsilə sahibkarlara təqdim olunan güzəştlərin məbləği açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük orqanları vasitəsilə sahibkarlara 2,9 milyard manatdan çox güzəşt təqdim edilib.

FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən gömrük biznes-forumunda deyib.

“Ötən il ilk dəfə olaraq dövlət gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 6 milyard manatdan çox vəsait təmin edilib. Bu il üçün proqnozumuz 6,435 milyard manatdır.

Hazırda 11 aylıq proqnozumuz yerinə yetirilib və büdcəyə 6 milyard manatdan bir qədər çox vəsait daxil olub. Proqnoz 151 milyon manat artıqlıqla yerinə yetirilib. Ötən il gömrük orqanları vasitəsilə təqdim edilən güzəştlərin həcmi 2,3 milyard manat təşkil edib.

Bu ilin ilk 10 ayı ərzində isə sahibkarlara 2,9 milyard manatdan çox güzəşt təqdim edilib. Bu, sahibkarlıq subyektlərinə göstərilən müsbət dəstəyin əyani göstəricisidir”, – deyə N.Şirinov vurğulayıb (Trend).

Seçilən
0
2
fed.az

3Mənbələr