Aktual.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Mustafa Purdehqan deyib.
"Hökumətin bizə verdiyi qanun layihəsində mütləq qiymət artımına səbəb olacaq çox acı bəndlər var", - millət vəkili bildirib.
Qeyd edək ki, iqtisadçılar bir neçə gün əvvəl də 2025-ci ildə xüsusən ərzaq qiymətlərinin artacağı barədə xəbərdarlıqlar ediblər.