AZ

Azərbaycanın Baş Prokurorluğu Ermənistanı əməkdaşlığa DƏVƏT ETDİ

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakıda həbsdə olan erməni separatçıların cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda bildirlib.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir”, - məlumatda deyilir. 

Seüparatçıların cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

phrase_var_article.chosen
29
15
modern.az

10phrase_var_article.sources