AZ

Polad Bülbüloğlu: "65 yaşında da rəqqas olar?!"

"Bizim rəqqaslar əvvəl 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər, sonra bu maddə qanundan çıxarıldı".

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, indi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar: "Yəni rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxırlar. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, bu, 5 yaş azaldıla bilər. Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar. 65 yaşında da rəqqas olar?".

Seçilən
1
8
kulis.az

9Mənbələr