1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komitənin bugünkü iclasında deyib.
Komitə sədri hazırda təkliflər üzərində işlədiyini və gələn il müzakirəyə təqdim edəcəyini bildirib:
"Əvvəl rəqqaslar 20-22 il işlədikdən sonra təqaüdə çıxa bilirdilər. Təkliflər hazırlanır ki, rəqqaslar 20-22 il işlədikdən sonra təqaüdə çıxa bilsinlər. Onlar fəaliyyətlərinə uyğun təqaüd də almalıdırlar".