Aparıcı Zümrüd Bədəlova yeni layihəsini təqdim edib.
Televiziya ulduzu sözləri Zivər Ağayevaya, musiqisi isə Məmmədbağır Bağırzadəyə məxsus “Dünya” adlı mahnını yeni aranjimanda dinləyicilərin ixtiyarına verib.
Zümrüd Bədəlova lentə aldığı mahnı ilə bağlı bu sözləri dilə gətirib:
“Uzun zamandır bu mahnı ürəyimdədir. Gördüm kimlərə qalır dünya, mən də girdim studiyaya oxudum, çıxdım. Nazımı çəkib bu layihəni mənə hazırlayan komandaya təşəkkür”.
Qeyd edək ki, sözügedən mahnının videoçarxı Zümrüdün rəsmi “YouTube” kanalında artıq yayımdadır./olay
Tarix: 17 Dekabr 2024, 15:21