AZ

Suriyada rejimin devrilməsi real islahatlara imkan yaradır

Bakı, TurkicWorld

Suriyada rejimin dəyişilməsi solial adalətə əsaslanan real ilahatlar aparmağa imkan yaradır.

TurkicWorld xəbər verir ki, bunu ArabAZ-a özəl açıqlamasında tanınmış tədqiqatçı və siyasi məsləhətçi,eləcə də fransızca və ərəbcə dərc olunan “Qarabağ və altı həfətlik müharibə” kitabının müəllifi, Dr. Basel Haj Jasem bildirib.

Haj Jasem bildirib ki, Suriya minillik qədəm tarixə malik olan bir ölkədir və eləcə də , Hələb və Dəməşq şəhərləri də bu qədim diyarın ən tarixi şəhərlərindən biridir.
“Bu ölkənin taleyi heç kimdən və ya konkret bir fərddən asılı deyil. Gələcək yalnız Suriya xalqının iradəsi ilə quruluacaq”-deyə siyasi məsləhətçi bildirib.

O qeyd edib ki, tarixdə böhranlardan, müharibələrdən keçmiş ölkələrin nümunələri çoxdur.
“ İkinci dünya müharibəsindən sonra Almaniyada rejim dəyişikliyi oldu, lakin bu ölkə öz gücünü bərpa edə bildi. Bir başqa missal isə kommunist rejimlərin çökməsindən sonra olan şərqi Avropa ölkələridir”-deyə, o qeyd edib.
Onun sözlərinə görə, “konkter bir şəxs olmadan Suriyanın gələcəyinin olmadığını” iddia etmək, müharibədən, dağıntılardan, korrupsiyadan və həbsxanalarda Əsəd rejimi zülmü altında əziyyət çəkən insanların acısına məhəl qoymamaq deməkdir.
“Sadalananlar hamısı Suriyanın gələcəyinə ciddi əngəl idi.Suriya xalqı yetmişinci illərdən bəri beynəlxalq təcrid, zülm və daxili istibdad şəraitində yaşayır və sanksiyalardan əziyyət çəkirdi. Bütün bunlar rejimin qaçaq başçısının (Bəşşar Əsəd) suriyalıları böyük həbsxanaya salan siyasəti idi”- deyə o əlavə edib.

Tədqiqatçı Haj Jasem onu da qeyd edib ki, Suriyanın gələcəyini yalnız bir şəxsə bağlayan hər kəs, xalqın dəyərini və onun qədim tarixini alçaldmış olur.

“Şübhəsiz ki, Əsədin onilliklər hakimiyyəti və 14 illik Suriya inqilabından sonra Suriyanın daxildə və xaricdə üzləşdiyi bir çox problem olacaq. Lakin, xaricdə və ölkə daxilində olan suriyalıların firavan bir gələcək qurma səriştəsi və təcrübəsi var.Yetər ki onların bu işinə qarışan olmasın”-deyə o bildirib.
Qeyd edək ki , bu il dekabrın səkkizində birləşmiş Suriya müxalifəti Bəşşar Əsəd hakimiyyətini devirib.Əsəd rejiminin çökməsi ilə ölkədə rejim tərəfindən dinc insanlara qarşı işlədilən cinayətlərin yeni faktları üzə çıxıb.

Seçilən
24
turkic.world

1Mənbələr