İnsanların dünyanın hər yerində nəyisə onlayn yolla əldə etməsi adi hal alıb. Proses koronavirus pandemiyasından sonra daha da sürətlənib.
Avtosfer.az xəbər verir ki, indi onlayn yolla daha böyük predmetlər almaq mümkün olacaq. Amazon çatdırılma şirkəti indi ABŞ-də avtomobillərin satışına başlayıb. Bu həftədən etibarən 48 şəhərdə avtomobili onlayn sifariş vermək mümkün olacaq.
Lakin bağlamadan fərqi olaraq avtomobil sifarişçinin qapısına deyil, ən yaxın dilerə çatdırılacaq. Çünki yerli qanunvericiliyə görə, Amazonun birbaşa avtomobil satmaq səlahiyyəti yoxdur.
Hələlik bu yolla yalnız Hyundai və Nissan satılır.
Vüqar