Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci İclasında çıxış edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir çıxış edərək Azərbaycanın CICA-ya sədrliyinin xüsusilə əlaqə, rəqəmsallaşdırma, eləcə də Asiyada davamlı inkişaf sahələrində prioritetlərindən danışıb.
Qeyd edilib ki, CICA-nın institusionallaşdırılması, o cümlədən onun tamhüquqlu beynəlxalq təşkilat kimi maliyyə potensialının gücləndirilməsi Azərbaycan sədrliyinin prioritetləri sırasında olacaq.
“Azərbaycan sədrliyi həmçinin inklüziv regional platforma kimi qlobal mövqeyini artırmaq üçün CICA-nın digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıqlarını genişləndirməyə diqqət yetirəcək", - məlumatda vurğulanıb.
***
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci iclası onlayn formatda öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir sıra mühüm qərarların qəbul ediləcəyi, o cümlədən Azərbaycanın CICA-ya sədrliyinin qəbul olunacağı Nazirlər Şurasının iclasında iştirak edir.