AZ

"Google": Bakı Hindistanda ən populyar turizm istiqamətinə çevrilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistandan "Google" platformasında ən populyar turizm istiqamətləri arasında Azərbaycan və paytaxt Bakı birinci yerdədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə texnologiya nəhəngi "Google"un Hindistan üzrə "İlin axtarış trendləri" hesabatından aydın olub.
Bildirilib ki, müasirlik və ənənələrin unikal birləşməsi getdikcə daha çox hindlini ölkəmizə cəlb edir.
Azərbaycandan əlavə, "Google"un ən populyar turizm istiqamətləri siyahısına, həmçinin İndoneziyada Bali adası, Malayziyada Kuala-Lumpur şəhəri, eləcə də Qazaxıstan, Gürcüstan və Hindistanın müxtəlif şəhərləri daxildir.
Qeyd edək ki, son illər ərzində Azərbaycana səfər edən hindistanlı turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.
phrase_var_article.chosen
19
oxu.az

1phrase_var_article.sources