AZ

“Abzas Media”ın məhkəməsi başladı - Jurnalistlər zala buraxılmadı

"Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkillər təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq yanlarında oturmaqlarını istəyiblər.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmədə vəkillər vəsatət qaldıraraq işin yenidən istintaqa qaytarılmasını istəyiblər.

Hazırda həmin vəsatət müzakirə olunur.

Qeyd edək ki, media nümayəndələri məhkəmə zalına buraxılmayıb.

Xatırladaq ki, rəsmi məlumatlara əsasən, onlar barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
13
9
yenisabah.az

10Mənbələr