AZ

Ermənistan yeni müharibəyə hazırlaşır - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

“Ermənistanda hərbi quruculuq siyasətinə ciddi məhdudiyyətlər qoyulmalıdır. Ermənistanın konstitusiyasında Azərbaycan ərazisinə iddialar saxlanılır və Fransa, Hindistan kimi dövlət tərəfindən müasir hücum silahları ilə ciddi şəkildə təchiz edilməkdədir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

“Üstəlik, Ermənistanın vaxtilə Xankəndidə yaratdığı separatçı və işğalçı xunta institutları İrəvanda hələ də fəaliyyətini davam etdirirlər. Dekabrın 10-da isə “artsax parlamenti” BMT və BMT-yə üzv dövlətlərə çağırış edib. Sadə dillə desək, Samvel Şahramanyanın keçmiş xuntanın buraxılması haqqında fərmanı kağız üzərində qalıb - Ermənistan tərəfi bunu həyata keçirmək niyyətində deyil və işğalçı rejimin strukturlarını işlək vəziyyətdə saxlayır. Belə olan təqdirdə istisna etmirəm ki, 2025-ci ilin danışıqlar prosesində Azərbaycanın tələbləri siyahısına daha bir bölmə əlavə ediləcək. Ən azından Göyçə gölündən şərti sərhədlərə qədər və Zəngəzurda 40 km-lik ərazidə bu dövlətin hücum xarakterli silahları yığışdırılmalıdır, demilitarizasiya həyata keçirilməlidir”, - deyə politoloq əlavə edib.

O qeyd edib ki, Fransa kimi dövlətlər bizə qarşı düşmən mövqedə duraraq hərbçilərimizin qarşısında hücum xarakterli ölümcül raketləri yerləşdirir, beləcə yeni müharibəyə hazırlaşdıqlarını ortaya qoyurlar:

“Məğlub olan dövlət 2024-cü ildə 2020-ci il ilə müqayisədə hərbi büdcəsini 80% artırıbsa, deməli, İrəvan yeni müharibəyə hazırlaşır. Hazırda dünya təcrübəsində ölkələrin təhlükəsizliklə bağlı tədbirlərinə nəzər yetirsək, Azərbaycanın diplomatik çağırışlarının nəticəsi olmazsa, güc yolu ilə öz dövlət müstəqilliyini qorumaq kimi imkanlara sahibdir. Bunu onlar unutmasınlar”.


Telegram kanalımız
Seçilən
1
6
yenisabah.az

10Mənbələr