1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyalı iş adamı Dmitri Rıbolovlev daha bir klubun sahibi ola bilər.
Oxu.Az "Globo"ya istinadən xəbər verir ki, Rıbolovlev "Vasko da Qama" klubunun səhmlərini əldə etməyə can atır.
O, Braziliyanın məşhur klubunu almağa iddialı üç namizəddən biridir. Digər ikisi Evangelos Marinakis ("Olimpiakos" və "Nottingem Forest"in sahibidir) və Andrea Radrizzanidir ("Lids" və "Sampdoria"nın sahibidir).
Rıbolovlev indiyə qədər iki klub əldə edib. O, "Monako" (Fransa) və "Serkl Brügge" (Belçika) klublarının sahibidir. Rıbolovlev "Monako"nun səhmlərinin böyük hissəsinə 2011-ci ildə yiyələnib.