2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.9% artaraq 34 milyard 56.2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin 11 ayında büdcənin xərcləri isə 6.5% artaraq 31 milyard 38.1 milyon manata yüksəlib.