AZ

Azərbaycan AQEM-ə sədrliyi çərçivəsində prioritetlərini AÇIQLADI

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sıdrliyi çərçivəsində "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov AQEM-in Nazirlər Şurasının onlayn formatda keçirilən 7-ci iclasında çıxışı zamanı deyib.

"Bizim Sədrliyimiz "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcəkdir: 1) AQEM-in transformasiyası və institusional inkişafı, 2) etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, 3) AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi", - deyə, nazir bildirib.

Qeyd edək ki, bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Qazaxıstandan Azərbaycana keçib.

Seçilən
29
2
day.az

3Mənbələr