AZ

Qazaxıstanın Hüquq-Mühafizə Orqanları Akademiyasının rektoru: Biz Azərbaycanla çox sıx əməkdaşlıq edirik VİDEO

 

Bakı, 17 dekabr, AZƏRTAC

Hüquq-mühafizə orqanlarının akademik hissəsi üzrə bir təhsil müəssisəsinin nümayəndəsi kimi deyə bilərəm ki, biz bu sahədə Azərbaycanla çox sıx və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstəririk. Elmi araşdırmalar aparırıq, magistrant və doktorantlarımız üçün birgə təcrübə keçirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Orqanları Akademiyasının rektoru Marat Seksembayev Bakıda keçirilən “Hüquqi münasibətlərin transmilli aspektləri: müasir çağırışlar və məqsədlər” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı üzv ölkələrin idarələrarası əməkdaşlığını fəal şəkildə inkişaf etdirir və hazırda həll olunmamış hər hansı məsələ yoxdur.

“Azərbaycanın dövlət orqanlarının rəhbərləri konfransda elan edilmiş bütün mövzuların aktuallığını qeyd ediblər - bunlar təhlükəsizlik, ekoloji təhlükəsizlik, transmilli cinayət məsələləridir. Bunlar türk dövlətlərinin hüquq-mühafizə orqanlarının hər gün üzləşdiyi problemlər. Hesab edirəm ki, bütün bu məsələlərin açıq müzakirəsi hər bir ölkəyə mütləq fayda verəcək. Biz heç bir xüsusi problem yaşamırıq. Çünki ortaya çıxan bütün məsələlər müzakirələr zamanı öz həllini tapır”, - deyə M. Seksembayev əlavə edib.

 

Seçilən
1
2
azertag.az

3Mənbələr