“Kitabi-Dədə Qorqud” dastanı Koreya dilinə tərcümə edilir. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətində keçirilən “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O qeyd edib ki, Cənubi koreyalı mütəxəssislər tərəfindən dastanın tərcüməsi istiqamətində işlər davam etdirilir.
AMEA rəhbəri həmçinin xatırladıb ki, “Kitabi-Dədə Qorqud” dastanı bir neçə il öncə Pakistan Ədəbiyyat Akademiyası tərəfindən urdu dilinə də tərcümə olunub və orada geniş təqdimatı keçirilib.