AB-yə üzv olan 27 ölkənin liderləri dekabrın 19-da keçiriləcək sammitdə ABŞ-ın yeni administrasiyası Kiyevi dəstəkləməkdən imtina edərsə, Ukraynaya necə kömək edə biləcəklərini müzakirə edəcəklər.
Gundem.az xəbər verir ki, bunu AB-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
“Liderlər ABŞ-ın yeni administrasiyasının Ukrayna ilə bağlı nə edəcəyini qabaqcadan görmək istəyirlər. Aydındır ki, 27 ölkə formatında müzakirələrdən biri Ukraynanı ABŞ-sız dəstəkləmək olacaq”, - nümayəndə bildirib.