Müəllif: Tamara Mustafayeva, Banco.az
ECB: Avrozonada bank sektoru dayanıqlı olaraq qalır.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) bəyanatına görə, Avrozonada bank sektoru 2024-cü ildə dayanıqlı olaraq qalıb, banklar sağlam kapital və likvidlik mövqelərini qoruyub saxlayıb.
ECB 2024-cü il Audit Baxışı və Qiymətləndirmə Prosesinin (SREP) nəticələrini və 2025-2027-ci illər üzrə audit prioritetlərini dərc edib.
Müvafiq olaraq, bu il banklar öz kapital və likvidlik mövqelərini orta hesabla qanuni tələblərdən xeyli yuxarı saxlaya bilmişlər.
Tənzimləmələrə məruz qalan Avropa banklarının əsas kapital adekvatlığı əmsalı (CET1) üçün məcmu kapital tələbi əvvəlki ildəki 11,2 faizdən 2024-cü il üçün orta hesabla 11,3 faizə yüksəlib. ECB-nin məlumatına görə, daha yüksək faiz dərəcələri banklara gəlirliliyi qoruyub saxlamağa kömək edib.