AZ

Azərbaycanda ən çox kiberhücuma məruz qalan sahələr AÇIQLANDI

Azərbaycanda ən çox hücuma məruz qalan sahələr neft-qaz, tikinti və binaların avtomatlaşdırılmasıdır.

Redaktor.az xəbər verir ki, bunu "Kaspersky"nin Rusiya tədqiqat mərkəzinin rəhbəri, kibertəhlükəsizlik üzrə beynəlxalq ekspert Dmitri Qalov deyib.

“Yanvar-noyabr aylarında Azərbaycanda ən çox hücuma məruz qalan sənaye sahələri 39 faiz neft və qaz, 36 faiz - binaların tikintisi və avtomatlaşdırılması, 30 faiz isə digər sənaye sahələrinə aid olub. Ən çox rast gəlinən təhlükələrə gəldikdə bunların 10 faizi təhlükəli veb resurslar, 8 faizi fişinq, zərərli skriptlər və troyanlar, backdoorlar, keyloggerlərdir. İstifadəçilərinin 30 faizinin hücumlarla qarşılaşdığını qeyd edə bilərik” - Dmitri Qalov əlavə edib.

O əlavə edib ki, Azərbaycan mobil cihazlara edilən hücumların sayına görə dünyada 39-cu yeri tutub. Ümumilikdə 2024-cü ildə hücumların sayı 2,3 milyondan çox olub.

Seçilən
14
2
redaktor.az

3Mənbələr