AZ

Azərbaycanda aqrar sahədə verilən subsidiyaların siyahısı genişləndirildi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizmininyaradılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend xəbərverir ki, fərmana əsasən, dincə qoyulmuş torpaqlara görə subsidiyaveriləcək.

Belə ki, əkin subsidiyasına görə müraciət edilmiş torpaqlardakənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyənetdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmintorpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılmasıməqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hərhektarına görə subsidiya veriləcək.

Əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilənyerlərin siyahısı, regionlar üzrə bitkilərin siyahısı və onlaratətbiq edilən əkin əmsalları, həmçinin “Aqrar sığorta haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığortapredmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundansonra – sığortalanmalı olan bitkilər) siyahısı və onların əkinsahələrinin minimum ölçüsünə dair tələblər təsdiq edilir

Sənədə görə, 10 hektar və daha çox torpaq sahəsində AqrarSubsidiya Şurasının təsdiq etdiyi siyahıya daxil edilmişsığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasınınsığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu ilyanvarın 1-nə qədər uzadılıb.

Bundan başqa, dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçünərazilərin siyahısı, həmin ərazilərin ardıcıl becərilmə dövrləri vəonlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsalları təsdiqedilir.

Bitkiçilik sahəsində subsidiyaların tətbiqi üçün torpağın sahəsivə keyfiyyət parametrləri, çoxillik bitkilərin əkin ili, əkiləntoxum və tinglər, aqrotexniki tədbirlərin aparılması, müasirsuvarma sistemlərinin tətbiqi nəzərə alınmaqla əmsallarınfərqləndirilməsi aparılır.

Şura tərəfindən əkin subsidiyasının tətbiqi üçün sığortalanmalıolan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərinixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təminedilməsindəki rolu əsas götürülür.

Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydadahesablanır:

baza məbləği × dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuştorpaq subsidiyası

dincə qoyulmuş torpaq əmsalı – müəyyən ərazilər üzrə dincəqoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.

Subsidiya verilənlər siyahısına buzovdan sonra camış balasıəlavə edilib.

Seçilən
5
6
az.trend.az

7Mənbələr