AZ

Rusiyalı generalı rəqibləri də aradan götürə bilər -Analitikdən ŞOK VERSİYA

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib. O, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, Kiyev rejimi cəbhədəki uğursuzluqlara görə Qərb ağalarına haqq qazandırmaq üçün hər cür səy göstərir. Ukrayna müharibəni və ölümləri uzatmağa çalışır. Kirillova qarşı terror aktı isə aqoniyanın növbəti təsdiqidir. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov Moskvanın Ryazansk prospektindəki yaşayış binasında baş verən partlayış nəticəsində ölüb. Generalın ölümünə səbəb olan partlayıcı binanın girişindəki skuterin içərisinə yerləşdirilib.


“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, savaş vəziyyətində olan iki dövlətin arasında analoji diversiya təxribat əməliyyatlarının olması gözlənilməz deyil:

“Ancaq bu hadisənin birmənalı şəkildə Ukrayna kəşfiyyatı tərəfindən törədildiyi də sübut olunmayıb. Yəni Kremlin əgər Ukraynaya qarşı iddiası varsa, bu diversiya aktının həqiqətən də rəsmi Kiyev tərəfindən törədildiyini faktlarla sübuta yetirməlidir. Lakin Rusiya tərəfindən hələlik yalnız təxminlər üzərindən müəyyən təhdid açıqlamaları verilir. İstənilən halda savaşın uzadılmasına yönəlik belə addımların atılması həmişə gözlənilən xarakter daşıyır. Sözegedən hadisə Rusiyanın hərbi dairələrində olan qarşıdurmanın nəticəsi ola bilər. Yəni hədəfə çıxarılan general kimlərinsə rəqibi ola bilər ki, onu bu cür aradan götürməklə bütün şübhələri Ukrayna kəşfiyyatının üzərinə atmaq məqsədi daşıyar. Bunların hər biri ehtimaldır, reallığı isə faktlarla ortaya çıxarmaqla müəyyənləşdirmək mümkündür”.

Ekspert qeyd edib ki, Dmitri Medvedyevin Ukraynanı hədələməsinin mənası yoxdur:
“Çünki Ukrayna bir neçə ildir ki, Rusiyanın işğalına məruz qalıb, şəhərləri dağıdılıb və əraziləri işğal olunub. Bundan sonra Rusiyanın Ukraynadan hansı intiqamı alacağı müəmmalı xarakter daşıyır. İndiki stuasiyada Kremlin hərbi qarşıdurmanı daha da gərginləşdirəcək addımlar atması inandırıcı görünmür. Moskva üçün önəmli məqamlardan biri müəyyən zamanın qazanılmasıdır. Yanvarın 20-də Tramp administrasiyası öz səlahiyyətlərinin icrasına başlayarkən Ukrayna savaşının dayandırılacağına ümid bəsləyir. Həmçinin Qərbdən verilən mesajlardan və Tramp administrasiyası təmsilçilərinin açıqlamalarından bəlli olur ki, Ukraynanın ərazilərinin itirilməsi hesabın Rusiya ilə sülh anlaşmadı nəzərdə tutulur. Bu isə Kremli olduğca ümidləndirib. Rusiya səbirsizliklə Donald Trampın səlahiyyətlərinin icrasına başlamasını gözləyir”.
Seçilən
34
sherg.az

1Mənbələr