Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Gürcüstanınmüxtəlif bölgələrində yad edilib.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Rustavi Təhsil və Mədəniyyət MərkəzindəAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününəhəsr olunmuş açıq dərs keçirilib.
18 saylı ictimai məktəbin tarix müəllimi Savalan OsmanlıMərkəzin nəzdindəki dil kurslarında təhsil alan şagirdlərə HeydərƏliyevin həyat və fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Mərkəzin üzvləri və şagirdlər Rustavi şəhərində UluÖndərin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələriqoyublar.
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində(GAİM) keçirilən anım tədbiri Ulu Öndərin xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi ilə başlayıb.
Sonra GAİM-nin icraçı direktoru Murad Muradov gənclərə UluÖndərin həyat və fəaliyyəti, Gürcüstan-Azərbaycan münasibətlərinininkişafındakı rolu, Gürcüstanda yaşayan soydaşlarımıza doğmamünasibəti barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevinhəyatından bəhs edən sənədli film nümayiş olunub.
Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiyaMərkəzi”nin təşkilatçılığı ilə “Dahi Şəxsiyyət Qəlblərdə” adlı anımtədbiri keçirilib.
İlk olaraq Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Mərkəzin rəhbəri Rezo Həsənov Ulu Öndər Heydər Əliyevinhəyat və fəaliyyətindən danışıb. Sonda “Xalq Heydər Deyəcək” adlıvideo çarx göstərilib.
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə də Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.
Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi SevdaŞahverdiyeva mərkəzin şagirdlərinə müstəqil Azərbaycan dövlətininqurucusu və memarı, dünyaşöhrətli siyasətçi Ümummilli Lider HeydərƏliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində vətən və xalqqarşısındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirin sonunda mərkəzin üzvləri Ümummilli Liderin abidəsiniziyarət edərək önünə gül dəstələri düzüblər.