Bakı. Trend:
Dekabrın 17-də Naxçıvan şəhərində muxtar respublikanın 100illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan həmkarlarittifaqları” mövzusunda konfrans keçirilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyası və AHİK-in üzv təşkilatıNaxçıvan Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı iləkeçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli LiderimizHeydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünəgül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
Heydər Əliyev Sarayında təşkil edilən tədbirdə müasir müstəqilAzərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətənuğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını salamlayan və təşkilatçılaratəşəkkürünü bildirən Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad NəcəfliUlu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan,xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən söz açıb,Naxçıvanın həyatında dahi rəhbərin gördüyü işləri, sabitliyin təminolunması və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasıistiqamətində atdığı mühüm addımları qeyd edib. Bildirilib ki,1990-1993-cü illərdə Naxçıvanda fəaliyyət göstərən böyük şəxsiyyətbu il 100 illik yubileyi qeyd edilən muxtar respublikanı bütüntəhdidlərdən qoruyub, müstəqil dövlətçiliyimizin əsaslarını məhzburada işləyib hazırlayıb. Muxtar respublikanın inkişafının yenidövrünə qədəm qoyduğunu diqqətə çatdıran Fuad Nəcəfli qeyd edib ki,bu gün Naxçıvan dövlət proqramlarını və infrastruktur layihələriniuğurla gerçəkləşdirir, ölkəmizin siyasi-iqtisadi qüdrətininyüksəlməsində yaxından iştirak edir.
Konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının sədri Sahib Məmmədov adı tariximizə qızılhərflərlə yazılan Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimizüçün əsrlərə bərabər nəhəng işlər gördüyünü, gələcək nəsillərəzəngin irs, dövlətçilik ənənələri miras qoyduğunu vurğulayıb.Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən sistemli vəkompleks tədbirləri qeyd edən Konfederasiya sədri xalqın xahişi vətəkidli tələbi əsasında Heydər Əliyevin yenidən ölkə rəhbərliyinəqayıtmasından sonra həmkarlar ittifaqlarının da həyatında əsaslıdönüş yarandığını diqqətə çatdırıb. 1994-cü ildə postsovetməkanında ilk dəfə məhz Azərbaycanda “Həmkarlar ittifaqlarıhaqqında” Qanunun qəbul olunması, işçilərin sosial müdafiəsinəyönəlmiş çoxsaylı normativ-hüquqi aktların qəbulu, Beynəlxalq ƏməkTəşkilatının əsas konvensiyalarının ratifikasiyası Ulu Öndərinmüdrik və uzaqgörən siyasətinin nəticəsi və vətəndaş cəmiyyətinininkişafına verdiyi dəyərin təzahürüdür.
Konfederasiya sədri Ümummilli Liderin siyasi kursunu Prezidentİlham Əliyevin böyük uğurla davam etdirdiyini vurğulayaraqölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın sürətliinkişafının Heydər Əliyev ideyalarının reallaşdırılmasının məntiqinəticəsi olduğunu diqqətə çatdırıb. Ulu Öndərin işıqlı ideyalarınıntəbliği, zəngin siyasi irsinin öyrənilməsində Birincivitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondununxidmətlərini xüsusi qeyd edən Sahib Məmmədov Fondun sosiallayihələrinin həmkarlar ittifaqları üçün əsl örnək olduğunuvurğulayıb.
AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlarİttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışında UluÖndərin tarixi və misilsiz xidmətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtarrespublikanın 100 illik tarixi inkişaf yolundan, qazanılanuğurlarda Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edib.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətininNaxçıvan dövrü və həmkarlar ittifaqlarına göstərdiyi diqqət vəqayğıdan bəhs edən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.