AZ

Çavuşoğlu mənə yaxınlaşıb dedi ki... - Köçəryan

NATO Parlament Assambleyasının toplantısı çərçivəsində Türkiyənin keçmiş xarici işlər naziri, indiki millət vəkili Mövlud Çavuşoğlu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan həmkarları ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə bildirib.

“Əzəli düşmənimiz”in nümayəndələri ilə təmasda olduq. Çavuşoğlu mənə, Arusyak Culxakyan və Vaaqn Aleksanyana yaxınlaşdı, söhbət etdik. Pisdir? Məncə, çox yaxşıdır”, - komitə rəhbəri deyib.

Köçəryan Çavuşoğlunun sülhdən danışdığını bildirib.

Xatırladaq ki, Çavuşoğlu həm də Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
29
teleqraf.com

1Mənbələr