Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 53867,7 milyon manatlıq, o cümlədən, 29534,8 milyonmanatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24332,9milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2023-cüilin yanvar-noyabr ayları ilə müqayisədə, pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyri-ərzaq malları üzrə6,1 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıqpərakəndə ticarət dövriyyəsi 480 manat və ya 2023-cü ilin eynidövrü ilə müqayisədə nominal ifadədə 20,8 manat çox olub. Ticarətşəbəkəsində bir ölkə sakini orta hesabla ayda 263,2 manatlıq ərzaqməhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıqqeyri-ərzaq malları alıb.
2024-cü ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndəticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,8 faizi ərzaqməhsulları, içkilər və tütün məmulatlarının, 15 faizi toxuculuqməhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini vədizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,1faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizikompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərfolunub.