AZ

İsveç sığınacaq qaydalarını sərtləşdirir

İsveç hökuməti sığınacaq almaq qaydalarını sərtləşdirmək üçün qanun layihəsi hazırlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Miqrasiya naziri Juhan Forsel mətbuat konfransında məlumat verib.

"Sığınacaq almaq qaydalarını sərtləşdirmək üçün qanun layihəsi hazırlayıb. Biz də inanırıq ki, bu əsassız sığınacaq müraciətlərinin sayını azaldacaq", - deyə o bildirib.

Qeyd olunub ki, qanunvericiliyə edilən dəyişikliklər 2025-ci il aprelin 1-dən qüvvəyə minməlidir.

Seçilən
8
1
operativmedia.az

2Mənbələr