AZ

Anar Bağırov: "Hüquqşünas kadrların hazırlanmasında ikili diplom yanaşmasına ehtiyac var"

"Müasir dünya qloballaşma ilə yanaşı, bir çox çağırışları özündə ehtiva edir. Hüquq münasibətlərində transmilli aspektlər əhəmiyyət kəsb edir".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Hüquq münasibətlərində transmilli aspektlər: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən beynəlxalq konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, qardaş türk dövlətləri arasında hüquqi yardım məsələləri ön plana çıxır:
"Aktual məsələlərdən biri də ortaq hüquq konsepsiyasının və platformasının təsis olunmasıdır. Bu platforma hüquqi problemlərə daha çevik həll yolu tapmağa kömək olacaq. Hüquqşünas kadrların hazırlanmasında ikili diplom yanaşmasına ehtiyac var. Ortaq hüquq lüğətinin hazırlanması da bizim üçün prioritet məsələdir. Türk ölkələrinin müqayisəli hüquq məsələlərinin öyrənilməsinə ehtiyac var".

phrase_var_article.chosen
55
yenilik.az

1phrase_var_article.sources