Cəbhədə Ukrayna ordusunun vəziyyəti əvvəllər heç olmadığı qədər ağırdır.
Sitat.info xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko deyib.
“Cəbhədəki situasiya heç vaxt bu qədər çətin olmamışdı. Hətta 2022-ci ilin martında belə...”, - deyə eks-prezident bildirib.
Poroşenko əlavə edib ki, Ukrayna hərbçiləri ciddi dron çatışmazlığı ilə üzləşib.