AZ

Dəməşq hava limanı yenə fəaliyyətini dayandırdı

  Dəməşq Beynəlxalq Hava Limanı mülki aviasiya orqanından müvafiq icazə alanlar istisna olmaqla, dekabrın 24-dək digər uçuşlara xidmət etməyəcək.

Referans.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Suriya Mülki Aviasiya Administrasiyasının xüsusi icazəsi istisna olmaqla, Dəməşq Beynəlxalq Hava Limanından bütün uçuşlar dayandırılıb”, –  deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Suriyanın ən böyük Dəməşq və Hələb hava limanları silahlı müxalifətin şəhərləri ələ keçirməsi səbəbindən fəaliyyətini dayandırmışdı.

Seçilən
15
3
referans.az

10Mənbələr