AZ

“Sevdiyin qız kimidir, sinənə qoyub yata bilərsən…” – Aqil Abbas

“Kitabxana yaralı yerimdir”.

Medianews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bir dəfə Ağcabədinin Kəhriz kəndidə muzey açmışdıq. İki qadın işləyirdi və aşağı maaş alırdılar. Onda Polad müəllim nazir idi. Dedim ki, onların maaşlarını artıraq. Bildirdi ki, maaşı Tarif Şurası artırır. Təklif etdim ki, bir biclik etmək olar. Dedim, onların həyat yoldaşlarının birini bağban, digərinə isə mühafizəçi ştatı verin. Onlar da işləyəndən sonra ikisinin də maaşı düzələcək.

İndi hamı öz cibinin pulu ilə kitab çap etdirir. Onların kitabları kitabxanalara yetmir. Məcbur oluram ki, ayda bir dəfə gənc şairlərin, yazıçıların 200 kitabını öz puluma alıb kitabxanaya hədiyyə edirəm. Rayonlarda elektron kitabxanalar var ki, heç biri işləmir. Ona görə ki, hamının əlində telefon, evində də kompüter var. Ya elektron kitab oxumaq, ya da əleyhqaz geyinib qızılgül iyləməyin heç bir fərqi yoxdur. Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən. Kitabın iyi, qoxusu var”, – deyə komitə sədri bildirib.

Seçilən
0
12
medianews.az

10Mənbələr