AZ

Salyanda 19 yaşlı qadın dəm qazından boğuldu

Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb.  

Manset.az APA-ya istinadən xəbər verir ki, Salyanın Xələc kəndində dəm qazından boğulma hadisəsi baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü B. Aynur yaşadıqları evin hamamında dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
32
8
manset.az

9Mənbələr