AZ

Uşaqlar hansı yaşdan tək yatmalıdır?

Bəzi ailələrdə uşaq valideyni  ilə yatır.

Maraqlıdır, ailə ilə yatmağın uşağın psixoloji və fiziki inkişafına təsiri varmı?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqlar 2-3 yaşından sonra ayrı otaqlarda yatmağa öyrəşməlidirlər:

“Uşağın fərdi inkişafından və ailə dinamikasından asılı olaraq, dəyişə bilər. Bəzi ailələr onları bir yaşından əvvəl ayırsa da, bəzi ailələr hətta dərs ili ərzində onları ayırmaqda çətinlik çəkə bilər. Ailə ilə yatmaq arasında dəqiq fərq olmasa da, bu prosesi məktəbə başlaması ilə tamamlamağı məqsədəuyğun hesab edirik. Uşağın fərdi yuxu vərdişlərini inkişaf etdirməsi, öz məkanını idarə etməyi öyrənməsi, sakitləşərək özünü yuxuya hazırlaması, yuxu rejiminə keçə bilməsi üçün uşaqların öz otaqlarında yatması vacibdir”.

Sevinc

Seçilən
4
40
hit.az

10Mənbələr