AZ

İran mühafizəkarları şokda: 30 milyardı “istəyirlər”

Suriyada cəmi 12 günün içində Əsəd rejiminin süqutu İran mühafizəkarları arasında şok effekti yaradıb, özlərinə gələ bilmirlər. Mühafizəkarlar illər boyu milyardlarla dolları İran vətəndaşlarının boğazından kəsib, Əsəd rejiminin ayaqda durması üçün xərclədilər. Əsəd rejiminin süqutu ilə bu pulların havaya sovrulduğu anlaşıldı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, hazırda mühafizəkarlara bağlı iranlı deputat deyir ki, Suriyanın yeni rejimi 30 milyar dollarımızı geri qaytarsın:

“İran bu pulları Əsəd rejiminə ona görə verirdi ki, o, “Heyət Təhrir əş-Şam” (HTŞ) kimi silahlı qruplarla mübarizə apara bilsin. HTŞ ona qarşı istifadə edilən milyardları hansı məntiqlə İrana geri qaytarmalıdır? Bəlkə də həmin pulun bir hissəsini Əsəd təyyarədə Moskvaya daşıyıb. Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir. Ancaq həm Əsəd, həm də onun pulları artıq Kremlin girovluğundadır. İran vətəndaşları isə həmin deputatdan və onun kimi düşünənlərdən soruşa bilərlər ki, bizə aid olan 30 milyardı niyə süquta uğrayan rejimə xərclədiniz?

İranda Əsəd rejiminin süqutuna sevininlər də az olmaz. Bu o insanlardır ki, tənqid etdikləri mühafizəkarlardan HƏMAS-a, Hizbullaha, Əsədə xərclənən milyardların hesabını istəyəcəklər”.

Seçilən
43
axar.az

1Mənbələr