Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub:
"Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu da o deməkdir ki, ambulator dərman təminatına 2025-ci ilin ikinci yarısından başlanılacaq", - sədr vurğulayıb.