AZ

"Sülh danışıqları bu zaman başlayacaq"

Sabit sülhə dair real danışıqlar yalnız Rusiyanın müharibəni davam etdirmək üçün kifayət qədər resursuna malik olmadığı anda başlayacaq.

Milli.Az xəbər verir ki, bunu Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak açıqlayıb. 

"Bir daha vurğulayıram ki, yalnız güclülərə kömək olunur, ona görə də biz güclü olmalıyıq. Davamlı sülh üçün real danışıqlar o zaman başlayacaq ki, düşmənin müharibəni davam etdirmək üçün artıq resursları yoxdur. Ona görə də qarşıda çox iş var", - o deyib. 

Yermak onu da vurğulayıb ki, Rusiya buna məcbur edilməsə, sülh olmayacaq: "Düşmənimiz müharibənin bitməsini istəmir, bizim və müttəfiqlərimizin təslim olmasını istəyir". //UnikaI

Milli.Az

Seçilən
21
1
milli.az

2Mənbələr