Qərbi azərbaycanlılar məsələsi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının müzakirə predmetidir. Sülh müqaviləsi ilə bağlı indi bunu deməkdə çətinliklər olsa da, azərbaycanlıların tarixən yaşadığı ərazilərə, indiki Ermənistana qayıdışı əsas prioritetlərdən biridir.
Referans.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, sülh müqaviləsinin mətnində Qarabağ erməniləri ilə bağlı məsələ olmadığından, burada əlavə qayıdışla bağlı ifadələrin istifadə edilməsi sonrakı mərhələyə saxlanıla bilər:
“Hazırda Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaqla məşğuldur. Ona görə də, əlavə tələblərin olması vaxtı daha da uzada bilər. Amma qayıdış məsələsi amorf deyil”.
Politoloq hesab edir ki, azərbaycanlılar Zəngəzura və Göyçəyə qayıdacaq:
“Ermənistan rəhbərliyi də bunu yaxşı dərk etməlidir. Bölgənin təhlükəsizliyi, gələcəyi və sülh üçün tarixə mütləq şəkildə qayıdılmalıdır. Bu gün Suriya, Livan, Qəzza, Ukrayna ətrafında baş verənlər onu göstərir ki, yüz il əvvəl edilmiş boşluqlar, süni şəkildə cızılmış xəritələr yenidən masaya qoyulur. Hər bir coğrafiyada həmin xəritələrin dəyişməsi müşahidə edilir. Sözsüz ki, bunu Ermənistan da görəcək”.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less