AZ

Baş nazir Əli Əsədov qərar imzaladı

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Apress.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında 2011-ci il 18 iyul tarixli qərarına edilən dəyişikliyə əsasən, fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə yanaşı, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri üzrə də yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.
Seçilən
0
8
apress.az

10Mənbələr