AZ

11 xallıq fərqlə lider olan komanda məşqçisi ilə vidalaşdı

Yenidən qarşısına Türkiyə futbolunun elitasına qayıtmaq hədəfi qoyan ''Bursaspor''da şok olay yaşanıb.

Belə ki, komanda baş məşqçi Pablo Martin Batalya ilə yollarını ayırıb. Türkiyədə çempionluq yaşamış cəmi 5 klubdan biri olan ''Bursaspor'' bu mövsüm 3-cü liqada, yəni 4-cü divizionda çıxış edir. ''Timsahlar'' öz qruplarında 15 turdan sonra ən yaxın rəqibi 11 xal qabaqlamaqla zirvədə qərarlaşıblar. Ona görə də Batalya ilə yolların ayrılması böyük təəccüblə səbəb olub.

Klub prezidenti Enes Çelik bununla bağlı paylaşımında bunları qeyd edib:

''Dəyərli ''Bursaspor''lular, bu gün baş məşqçimiz Pablo Batalya ilə keçirdiyimiz toplantıda ona məşqçilər korpusunun gücləndirilməsini təklif etdik. Bu istəyimizi qəbul etmədi. Üstəlik belə bir addım atacağımız təqdirdə istefa verəcəyini dedi. Həmin toplantının nəticələrinə əsasən onunla yollarımızı ayırmaq qərarına gəldik. Bu qərarın hər iki tərəfə də xeyirli olmasını arzu edirəm''.

Qeyd edək ki, argentinalı Batalya həm də futbolçu kimi klubun əfsanələrindən biridi. O, 2010-cu ildə qazanılan tarixi çempionluq zamanı heyətdə idi.

ƏLİ
phrase_var_article.chosen
22
football-plus.az

1phrase_var_article.sources