AZ

Antimilli ruh Əli Kərimlinin siyasi bioqrafiyasında qırmızı xətlə keçir

30 illik erməni işğalından azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bərpa-qurucluq işləri bundan sonra da uğurla davam etdiriləcək. Bədxahlarımızın, erməni lobbisinin, sosial şəbəkələrdə informasiya terroru ilə məşğul olan ləyaqətsizlərin, Əli Kərimli kimi antimilli ünsürlərin istəyib-istəməməsindən, qəbul edib-etməməsindən asılı olmayaraq...

Azərbaycanın uğurlarını, milli maraqların təmin edilməsinə əsaslanan müstəqil siyasətini həzm edə bilməyən ermənipərəst şəbəkə və onlarla işbirliyində olan antimilli ünsürlər ölkəmizə qarşı çirkin fəaliyyətlərini sistemli şəkildə davam etdirirlər. Anti-Azərbaycan dairələrin sifaişlərini yerinə yetirən ölkəmizdəki antimilli ünsürlər təxribatçı, qərəzli çıxışları ilə sosial şəbəkə platformalarında, necə deyərlər, meydan sulayırlar. Feyk xəbərləri, saxta məlumatları ilə ictimai rəylə manipulyasiya edən bu başıpozuq dəstə hələ də öz könhə vərdişlərindən əl çəkə, yenilənə bilmir.

Başda AXCP sədri Əli Kərimli olmaqla milli mənlik şüurundan məhrum olan bu marginallar xaqlımızın milli maraqlarına qarşı çıxaraq, hər addımda xəyanətkar davranış sərgiləyərək erməni lobbisinin təsiri altında olan qərəzli mərkəzlərin tapşırıqlarını canla-başla icra edirlər. İzzəti-şərəfləri ayaqlar altına atan bu başıpozuq dəstənin dəstəbaşı olan Əli Kərimlinin və “Milli Şura” adlı antimilli qurumun həşəmətli təmsilçisi Gültəkin Hacıbəylinin son günlər Azərbaycanın tarixi Zəfəri  ilə başa çatan qırx dörd günlük Vətən müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilən Qarabağda və Şərqi Zəngəzurda uğurla davam etdirilən bərpa-qurucluq işlərinə, Böyük Qayıdış prosesinə qara yaxmaq istiqamətindəki fəaliyyətləri bunun əyani təsdiqidir.

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələrin uğurla reallaşdırılması, tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq misilsiz işlər görməsi bərpa-quruculuq işlərinə indiyədək 22 milyard manat ayrılması belə görünür ki, AXCP sədrini bərk narahat edir. Bütün “siyasi” fəaliyyəti boyunca xəyanətkarlığın qırmızı xətlə keçdiyi Ə.Kərimli yazır: “Dünyada çoxdan belə bir praktika formalaşıb. Müharibə və təbii fəlakət nəticəsində böyük dağıntılara məruz qalmış dövlətlərə bütün dünya yardım edir. Bizdən qat -qat böyük və varlı olan Türkiyənin zəlzələdən sonrakı bərpasına beynəlxalq təşkilatlar və Qərb dövlətləri milyardlarla dollarlıq yardım etmədilərmi?

Ukrayna işğal olunmuş torpaqlarını hələ tam olaraq qaytarmamış artıq Avropa İttifaqı onun müharibədən sonrakı bərpasına 500 milyard avro ayıracağını vəd edib. Ukraynanın müharibə nıticəsində dağılmış şəhər və kəndlərinin bərpasına 500 milyard avro xərcləməyə hazır olan Aİ Azərbaycanın da dağıdılmış şəhər və kəndlərinin bərpasına 20-30 milyard avro (40-60 milyard manat) ayırmazdımı? Əlbəttə, ayırardı”.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir. Danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanan ölkəmizə qarşı aparılan oyunlarda erməni lobbisi, eyni zamanda, məkrli düşmən qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər. Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam edir. Bütün bunlar isə başda məğlub Ermənistan olmaqla anti-Azərbaycan dairələrin və onların ruporu olan radikal müxalifətin xəyanətkar ünsürlərini ciddi narahat edir, əsəblərini tarıma, yuxularını ərşə çəkir.

Əlbəttə, bu xəyanətkar, ermənipərəst dairələrin maraqlarına xidmət edən Ə.Kərimli kimi qulbeçələrin, sosial şəbəkələrdə informasiya terroru ilə məşğul olan ləyaqətsizlərin, mənəvi-psixi sarsıntılar içində çırpınan xəyanətkarların və onların ipini əlində tutan qüvvələrin bütün cəhdləri fiaskoya uğrayacaq. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri bundan sonra da uğurla davam etdiriləcək. Azərbaycan öz işıqlı gələcəyinə doğru daha inamlı addımlar atacaq, möhtəşəm qələbələrlə dolu  yeni-yeni zirvələr fəth edəcək. Bədxahlarımızın, erməni lobbisinin, eləcə də Əli Kərimli kimi antimilli satqınların istəyib-istəməməsindən, qəbul edib-etməməpsindən asılı olmayaraq...

Zahid Rza, “İki sahil”

Seçilən
6
ikisahil.az

1Mənbələr