Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı suriyalı qaçqınlar üçün Türkiyəyə bir milyard avro ayrıldığını açıqlayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Avropa İttifaqı Suriyadan olan qaçqınlarla işində Türkiyəni həmişə dəstəkləyib və son 12 ildə bu məqsədlə 10 milyard avroya yaxın vəsait ayırıb.