AZ

Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracı 2,3 faiz azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 478 milyon 952 min 69 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə İrana 52 milyon 690 min 95 dollar dəyərində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 15,5 faiz azalma göstərir.

Eyni dövrdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi kimyəvi məhsul ixracı 1,3 faiz artaraq 28 milyard 147 milyon 342 min dollar olub.

Nazirlik əlavə edib ki, bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar dəyərində kimyəvi məhsul ixrac edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azalma deməkdir.

Qeyd edilib ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar dəyərində kimyəvi məhsul ixrac edib.

Seçilən
2
20
fins.az

10Mənbələr