İsveçrənin xarici işlər naziri İqnazio Kassis deputatların təqdim etdiyi “Qarabağa həsr olunmuş beynəlxalq konfrans”ın çağırılması təşəbbüsünü rədd edib.
News365.az xəbər verir ki, bu məlumatı İsveçrə Federal Şurası yayıb.
Bildirilib ki, deputatlar hökumətə “erməni əhalisinin geri qaytarılması ilə bağlı danışıqlar üçün forum” təşkil etməyi təklif ediblər. Lakin xarici işlər naziri öz etirazını bildirib, qeyd edib ki, bu məsələ Ermənistan və Azərbaycan tərəfindən həll edilməlidir.