AZ

Sən kimsən ki, gürcü xalqı?Fransa açıq-aşkar belə deyir

Gürcüstanda palament seçkilərindən sonra siyasi vəziyyət gərgin olaraq qalır. Aranı qarışdıran qüvvələr xarici havadarlarının tapşırığı ilə qarşıdurmanın səngiməsinə imkan vermirlər. Başda Fransa olmaqla Avropa İttifaqı ölkələrinin Gürcüstana  "qrant komandası"na dəstək üçün Tbilisidəki casuslarına göndərməsi  beynəlxalq hüququ kobud şəkildə tapdalamaqdır. Çünki Avropa İttifaqı başqalarına qarşı təzyiq mexanizminə çevirdiyi "dəyərləri" belə heçə sayaraq Gürcüstanda Qərbə bağlı hakimiyyət formalaşdırmaq cəhdləri siyasi riyakarlıq və gürcü xalqının iradəsinin əleyhinə çıxmaq hörmətsizlikdir.  Özlərini “demokratiyanın müəllimləri” elan edən ABŞ və Qərbin Gürcüstan vətəndaşlarının siyasi iradəsinə hörmətlə yanaşması olduqca vacibdir. Ancaq onlar davranışları ilə “gürcü xalqı sən kimsən ki, özünə baş nazir, prezident seçəsən?” mesajını verir. Qərbin hər hansı xalqın, yaxud dövlətin siyasi seçimlərinin doğru olub-olmadığına hökm vermək hüququ yoxdur. Bu, xalqların daxili işləridir. Ancaq “demokratlar” özlərinin qoyduqları qanunları elə özləri də pozurlar, sərbəst seçki keçirən xalqlara həyasızcasına öz niyyətlərini qəbul etdirməyə cəhd göstərirlər.

Maraqlıdır ki, beynəlxalq hüquq normalarının tələbləri tamamilə fərqli məzmun daşısa da, Gürcüstanda "müxalifət" funksiyalarını öz üzərinə götürmüş "qrant komandası" Avropa İttifaqına hakimiyyətin legitimliyini tanımamaq çağırışı edib. Halbuki, Avropa İttifaqının bu quruma üzv olmayan hansısa müstəqil dövlət barədə qərar vermək hüququ yoxdur. Ancaq indi "qrant komandası"nın düşdüyü durum xaricdən dəstək ummaq məcburiyyətini daha da gücləndirib. Bu, o deməkdir ki, Qərb kəşfiyyatının təlimatı ilə hərəkət edən qüvvələr firavan həyat tərzi keçirmək üçün xəncəri öz xalqının kürəyinə saplayır.

Belə qaynar siyasi mühitdə qarşıdurmanın yeni dalğasını hərəkətə gətirən daha bir hadisə baş verib. Hadisə xarici və daxili müxalifətə soyuq duş təsiri göstərib. Qərbin qatı əleyhdarları cərgəsində yer alan keçmiş futbolçu Mixeil Kavelaşvili Gürcüstan prezidenti seçilib. Yəni, Gürcüstanda Salome Zurabişvilini ABŞ-ın, Avropa İttifaqının və Fransanın müdafilə etməyə göstərdiyi cəhdlər tamamilə uursuzluğa düçar olub, yəni “oxları daşa dəyib.” Ən böyük zərbə Qərb siyasi dairələri  və Fransa kəşfiyyatı tərəfindən idarə olunan prezident Salome Zurabişvilini itirməsidir. Salome Zurabişvilinin tutduğu mühüm dövlət postu əldən çıxmaqdadır.  Bununla da Qərb Gürcüstanda sonuncu rezidentini məğlubiyyət girdabından çıxara bilmir. Çünki gürcü xalqının iradəsinin əleyhinə gedən prezidenti sonda belə aqibət gözləyirdi. Öz ölkəsində onun əslində kim olduğu üzə çıxınca etibarı itirir, əvəzində nifrət qazanırdı. Salome Zurabişvilinin Gürcüstana xidmət etmədiyini hətta bu ölkənin sərhədlərindən kənarda da bilirlər və etiraf edirlər. Belə ki, BMT-nin İnsan Haqlarının, Demokratik və Ədalətli Beynəlxalq Nizamın Təşviqi Şurasının keçmiş eksperti Alfred de Zayas Gürcüstanda parlamentin Mixeil Kavelaşvilini prezident seçməsinin bu ölkə üçün böyük əhəmiyyət  daşıdığını vurğulayıb: "Gürcüstan parlamenti Avropa Birliyi və ABŞ-ın marioneti olan Salome Zurabişvilini əvəz edəcək Mixail Kavelaşvilini prezident seçdi. Salome Zurabişvilinin səlahiyyət müddəti isə 2024-cü il dekabrın 29-da başa çatacaq. Bu, Gürcüstan üçün olduqca yaxşı dəyişiklikdir".

Cəmi bir neçə gündən sonra səlahiyyət müddəti bitəcək Salome Zurabişvilinin Gürcüstan üçün çox ziyanlı siyasi fiqur olduğu artıq heç kəsə sirr deyil. Nə qədər qəribə də olsa Fransanın agenti olan bu qadın hakimiyyətdən gedişində də Gürcüstana, öz soydaşlarına hər hansı zərbənin vurulması barədə düşünür. Maraqlıdır, bir ayağı xaricə qaçmağa hazır olan nankor prezident  bildirib ki, istefa verməyəcək, öz postunu yarımçıq tərk etməyəcək, prezident sarayında oturub fəaliyyətini davam etdirəcək. İnsanda belə də üz-astar olar? Parlament onu seçməsə də dirəşib-durur və təxribatçı addımlar atır.

O, xoflanaraq bu sözləri deyir. Çünki heç kim onun istefaya təhrik etmir, çağırış etmir. Bilirlər ki, bu adamın səlahiyyət müddəti onsuz da bir neçə gün sonra başa çatacaq. Ağlı gətirmir ki, artıq onu əvəzləyəcək yeni prezident də seçilib. Dekabrın 29-dan sonra Salome Zurabişvili prezident statusunu itirərəcək, sadəcə, Fransanın agenti olaraq xalqının iradəsinə qarşı  müqavimət  göstərə bilər. Siyasətçi xanım düşünmür ki, antixalq fəaliyyətinə görə fəxri istirahətə deyil,  dövlətə xəyanət ittihamı ilə prezident sarayından birbaşa həbsxanaya da göndərilə bilər. Çünki xarici casusların Gürcüstana gətirilməsinin günahkarlardan biri, bəlkə də birincisidir. Artıq onun mühakimə olunması və cəzalandırılması barədə ilk siqnal da gəlib.

Gürcüstan parlamentinin onun keçmiş prezident kimi dövlət mühafizəsindən məhrum edilməsi barədə qanunu tez-tələsik qəbul etməsi də Salome Zurabişvili üçün "dəmir barmaqlıqlar" arxasına düşmə ehtimalını da yüksəldir. Vaxtilə keçmiş prezident Mixeil Saakaşvili Salome Zurabişvilini siyasi elitaya çıxarmışdı. Ancaq Salome Zurabişvili prezident postunda olduğu müddətdə, vaxtilə yaşadığı ziddiyyətlər ucbatından hələ də kin bəslədiyi Mixeil Saakaşvili barəsində əfv qərarı verməyərək ondan qisas aldı. Mixeil Saakaşvilidən fərqli olaraq, Fransaya xidmət göstərməklə, Gürcüstana xəyanət etmiş prezident Salome Zurabişvili indi eynilə onun taleyini yaşamaq təhlükəsi qarşısındadır. Belə davam edərsə qazdığı quyuya özü düşəcəkdir. Çox güman ki, onun ətrafında cərəyan edən hadisələr  də məhz belə düşünməyə əsas verir. Xalqına qarşı etdiyi pisliklərə görə olan qəzəbdən yayınmaq üçün Salome xanımın qaçacağı yer də təxminən məlumdur. Çünki bu mövzudan söhbət düşəndə vassalı olduğu Fransanın adı daha çox hallanır. Hətta Makron hökumətinin ona siyasi sığınacaq verəcəyi barədə söz-söhbətlər də dolaşmaqdadır. Təbii ki, ilan haradadırsa ağu verən onun yanında olmalıdır.

Seçilən
31
ikisahil.az

1Mənbələr